Ru
22:40 / 23 İyul 2025

Rusiya–Ukrayna danışıqları başa çatdı: Gərgin müzakirə...

Rusiya–Ukrayna danışıqları başa çatdı: Gərgin müzakirə...
Eye

İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb.


Bakupost.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.


Danışıqlar 40 dəqiqə davam edib.

***

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar tam tərkibdə başlayıb.


Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

21:26

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.


Bakupost.az xəbər verir ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayıb.


Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun keçirildiyi İstanbuldakı Çırağan sarayına ilk olaraq Türkiyə nümayəndə heyəti gəlib.

Nümayəndə heyətinin tərkibində Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak olub.

Əvvəlcə Türkiyə-Rusiya-Ukrayna arasında üçtərəfli görüşü keçirilib. Ardınca isə Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri - Vladimir Medinski və Rustem Umerov İstanbulun Çırağan sarayında ikitərəfli təkbətək görüş başlayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar