Ru
21:15 / 23 İyul 2025

Bu ərazilərdəki qanunsuz məskunlaşma ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Bu ərazilərdəki qanunsuz məskunlaşma ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
Eye

Xəbər verdiyimiz kimi, Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə dəmiryolu xətləri arasındakı ərazidə qanunsuz məskunlaşma son 3 ildə çoxsaylı bədbaxt hadisələrə, eləcə də dövlət layihələrinin reallaşdırılmasının çətinləşməsinə gətirib çıxarıb.

Bakupost.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Teleqraf-a açıqlamasında Nərimanov Rayon Polis İdarəsində qeyd edilən ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlandığını açıqlayıb.

Onun sözlərinə görə, müvafiq tədbirlərin görülməsi üçün ADY tərəfindən məhkəməyə müraciət olunub.

Qeyd edək ki, hazırda ərazidə 161 qeyri qanuni tikilən ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırmalar göstərir ki, bu ailələr Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. İddia edilir ki, bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar