Rusiyanın Ukraynanın Xerson vilayətində pilotsuz uçuş aparatları (PUA) və artilleriyadan istifadə etməklə endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Xerson vilayət prokurorluğunun feysbuk sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
“Xersonda işğalçılar PUA-dan partlayıcı ataraq bir qadını öldürüblər. Romaşkovo kəndində PUA-nın avtomobilə hücumu nəticəsində 2 dinc sakin həlak olub, 2-si isə yaralanıb”, - paylaşımda yazılıb.
Həmçinin Rusiya dronlarının hücumları nəticəsində Zorevka kəndində iki azyaşlı uşaq, Xersonda isə iki yetkin şəxs yaralanıb. Prokurorluğun bildirdiyinə görə, artilleriya atəşi nəticəsində vilayət mərkəzində, İnqulets və Belozerkada daha 3 mülki şəxs yaralanıb.
Bundan başqa, fərdi və çoxmənzilli binalara, qarajlara, nəqliyyat vasitələrinə və biznes obyektlərinə ziyan dəyib.