Bir sıra mediada iyulun 18-də çoxmilyardlı dövriyyəyə malik Fransanın SAUR şirkətinin vitse-prezidenti Anass Derrazın məhkəmə prosesini işıqlandırarkən ittiham tərəfinin mövqeyi haqda məlumat yayılıb.
Xəbərdə bildirilir ki, Anass Derraz 2018-ci ildə, Viola şirkətində işləyərkən, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benallaya Aznar MMC-nin təsisçisi, rusiyalı milyarder Fərhad Əhmədovla sövdələşmə üçün yardım edib, məqsəd sonuncudan rüşvət almaq olub.
“İstintaqın versiyasına görə, Derraz hər iki fiqurantla əlbir olaraq Dubayda yerləşən “Luna” yaxtası üzərindən həbsin götürülməsi və sonradan onun sərbəst hərəkəti üçün beynəlxalq sanksiyalardan azad edilməsi müqabilində rusiyalı milyarderdən 6 milyon 140 min dollar tələb edib”.
Bakupost.az -ın redaksiyasına Aznar MMC-nin təsisçisi, rusiyalı milyarder Fərhad Əhmədovun nümayəndəsi vəkil Şaiq Mirzəyev müraciət edib.
F.Əhmədovun vəkilinin ittiham tərəfinin dəlillərinə dair mövqeyini çatdırırıq:
«Böyük iş adamı və içtimai xadim Fərhad Əhmədovu Azərbaycanda yaxşı tanıyırlar.
Onun ictimai fəaliyyəti də onilliklər ərzində heç də az nəzərə çarpan olmayıb. Onun bütün düşüncələri və ümidləri doğma Azərbaycana yönəlmişdi. Və mübaliğəsiz söyləmək olar ki, o, ölkəmizin rifahına layiqli töhfə verib. Əhmədovun kiçik vətəni olan Göyçay narın bol yetişdiyi bölgədir. Əslində, o, nar plantasiyasında böyüyüb, qəlbində əkinçi və bağban qalaraq, həyatı boyu doğma yurduna əvvəlki şöhrətini - Şərqdə əsas nar tədarükçüsü - qaytarmaq arzusunda olub.
Fərhad Əhmədovun özü bu barədə çox poetik danışır: “Bağlarımızda min illər boyu əcdadlarımızın müdrikliyini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayan nadir milli sortlar yetişdirilirdi. Lakin bunların çoxu yox olub yaxud yalnız yaddaşlarda qalıb. Bir çox növlər artıq birdəfəlik itirilib, ruhsuz və gücsüz hibridlərlə əvəz olunub. Halbuki bu bənzərsiz məhsul bizim bir parçamızdır, tariximizin, kimliyimizin bir parçasıdır. Əgər biz onları itirsək, özümüzün bir hissəsini itirmiş olacağıq. ...Nar ağacları bizim qədim genlərimiz, irsimiz, mədəniyyətimiz, yaddaşımızdır”.
Və bu sadəcə “gözəl sözlər” deyil - fəal və enerjili Əhmədov 2000-ci illərin əvvəlində doğma yurdunu dirçəltmək arzusunu ardıcıl həyata keçirməyə başladı. Göyçayda yerləşən “AzNar” aqrar-sənaye şirkətini yaradaraq ona rəhbərlik etdi və Azərbaycan bağçılıq məhsullarını beynəlxalq səviyyəyə çıxartdı. İlk olaraq nar, almanın və digər yerli bitkilərin yetişdirilməsinə böyük sərmayə yatırdı, paralel olaraq Göyçay rayonunda müasir meyvə emalı zavodu tikdi.
Marketinqə də ciddi diqqət yetirən iş adamı AzNar məhsullarını bir neçə ölkəyə ixrac etməyə başladı. Həmin ölkələrdə bəlkə də ilk dəfə Azərbaycanda yetişən gözəl meyvələrdən nar şirəsinin gözəl dadını və müalicəvi xüsusiyyətləri bildilər. Sonradan iş adamı nar və digər şirələrin istehsalını daha da genişləndirdi, istehsala on milyonlarla dollar sərmayə yatırdı, yüzlərlə iş yeri açdı.
Bu gün AzNar çoxfunksiyalı klaster kimi fəaliyyət göstərir, bura içki istehsalı, restoran və mehmanxana biznesi də daxildir.
Azərbaycan torpağının nadir bitkilərinin və onlardan hazırlanan məhsulların təşviqi məqsədi ilə Əhmədov Göyçayda Beynəlxalq Nar Festivalı və xaricdə bu mövzuda mədəni tədbirlər, o cümlədən London, Venesiya və Parisdə sərgilər təşkil etdi.
Azərbaycanda iş adamının nar plantasiyaları
Fərhad Əhmədov həmçinin müxtəlif istehsal sahələrində irimiqyaslı və perspektivli layihələri, xeyriyyəçilik və mesenat fəaliyyəti ilə tanınır. Qeyd etmək kifayətdir ki, o, Prezident İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycanın Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürən ilk iş adamlarındandır.
Daha əhəmiyyətli isə onun Qarabağın və işğal olunmuş torpaqların azad edilməsi uğrunda döyüşən Azərbaycan əsgərlərinə verdiyi dəstək oldu. Döyüş əməliyyatlarının ilk günündən iş adamı ordumuza və erməni terrorundan əziyyət çəkmiş mülki şəxslərə, habelə şəhid ailələrinə maliyyə və maddi dəstək göstərməyə başladı. Bununla yanaşı iş adamı dəfələrlə xarici KİV-lərdə Qarabağ müharibəsi həqiqətləri və Azərbaycan torpaqlarına göz dikmiş erməni separatçılarının təcavüzündən bəhs edən məqalələrlə çıxış etdi.
Əhmədov bu günədək Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə tibbi və digər yardımlar göstərən YAŞAT Fondu ilə əməkdaşlıq edir. Hazırda o həmçinin işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpasına dəstək vermək niyyətindədir.
2020-ci ilin sentyabrında Prezident İlham Əliyev Əhmədovu “Dostluq” ordeni ilə təltif edib.
Sənətin böyük pərəstişkarı və bilicisi olan Fərhad Əhmədov gənc rəssamların dəstəklənməsi, onların sərgilərinin təşkili, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri üçün təqaüdlərin təsis edilməsi, xarici ezamiyyələrin təşkili istiqamətində xeyli iş görüb və buna görə akademiyanın fəxri doktoru adına layiq görülüb. Bununla belə, nə qədər təəccüblü olsa da, Qərbin sanksiyalarına məruz qalıb. Lakin iş adamı bunun belə olmadığını sübut edə bilib, Lüksemburqda hüquqi qərardan sonra adı Aİ-nin sanksiyalar siyahısından çıxarılıb və bu, onun beynəlxalq statusunu və hüquqi reputasiyasını təsdiq edir.
Azərbaycan Prezidentinin çağırışına ilk cavab verənlərdən biri də F.Əhmədov olub
İndi də onun adı Bakı Ağır Cinayətlər Məhkəməsində Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və SAUR şirkətinin vitse-prezidenti Anass Derraza qarşı keçirilən məhkəmə prosesi ilə bağlı hallanır.
Qeyd etmək lazımdır ki, bu məhkəmə prosesində Fərhad Əhmədov şahid qismində çıxış edir. Yaxta üzərindən həbsin götürülməsi xidmətlərinə görə avans kimi Benalla və Derrazın hesablarına köçürülən pulun AzNar adından köçürüldüyü və guya maliyyə uçotundan gizlədildiyi barədə məlumat təəssüf ki, mətbuata sızdı.
Bütün bunlar yalandır və həqiqətə uyğun deyil. “AzNar” ümumiyyətlə müqavilənin tərəfi olmayıb və müvafiq olaraq şirkətin adından heç bir vəsait köçürülməyib, üstəlik, maliyyə uçotundan heç bir gizlətmə də olmayıb. Bütün vəsaitlər Fərhad Əhmədovun şəxsi vəsaitlərindən köçürülüb.
Fərhad müəllimin və AzNar-ın fəaliyyəti şəffafdır və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir. Fərhad Əhmədov “Derraz” işi üzrə rəsmən şahid qismində çıxış etsə də, faktiki zərərçəkmiş tərəf özüdür.
Buna rəğmən, Azərbaycanın ayrı-ayrı KİV-ləri Fərhad Əhmədovla bağlı müxtəlif növ yalan məlumatlar və təxəyyüllərinin məhsulu olan informasıyaları yaymağa başladılar. Mətbuat bəzən onun şərəfinə, işgüzar nüfuzuna toxunan yalan məlumatlar yayır.
Fərhad Əhmədov doğma torpağının firavanlığı və çiçəklənməsi üçün qayğı göstərən, Azərbaycana xeyli vəsait yatıran, milli mədəniyyətə və təhsilə fəal dəstək verən, əhalinin həssas təbəqələrinə sosial yardım göstərən, böyük ictimai təşəbbüslərdə iştirak edən biridir.
“Mən öz tarixi vətənim olan Azərbaycana qəlbim və ruhumla bağlıyam, arzu edirəm ki, o, sonsuz hörmət bəslədiyim Prezident İlham Əliyevin rəhbərliyi ilə zənginləşsin və çiçəklənsin”, - deyə F. Əhmədov bildirir.
Onun geniş xeyriyyəçilik fəaliyyəti, kənd təsərrüfatının inkişafı üçün Azərbaycana investisiyaları cəlb etməsi, xarici ölkələrlə ticarət və mədəni əlaqələr qurması əsl vətənpərvərlik və vətəndaş məsuliyyətinin bariz və layiqli nümunəsidir.
Əslində onlar yüzlərlə insana iş verən, qayğısı ilə qurumuş plantasiyaları bağçaya çevirən, rəhbərliyi ilə “Made in Azerbaijan” brendi ölkə hüdudlarından kənarda tanınan, ölkədə istehsalın və kənd təsərrüfatının inkişafına on milyonlarla vəsait xərcləyən bir adamı təqib etməklə nəyə nail olmağa çalışırlar?
Təəssüf ki, görünən odur ki, buna təkcə qalmaqal sevən bəzi “psevdojurnalistlər” çalışmırlar. F.Əhmədov bəzən biznes və fəaliyyəti ilə bağlı ədalətsiz məhkəmə qərarları, məhkəmə icraçılarının (icra məmurlarının) aqressiv hərəkətləri ilə üzləşir. Bütün bunlar yekunda ölkədə biznesin inkişafına əlavə çətinliklər yaradır.
Xüsusi olaraq dələduzluq sxemləri, aldatma və etibardan sui-istifadə yolu ilə etibar qazanaraq F.Əhmədovun vəsaitlərini mənimsəyən “müqavilə arxasında gizlənən” vicdansız tikinti podratçılarının fəaliyyətini qeyd etmək olar. Və burada qanuni ədaləti bərpa etmək üçün çoxlu səy və enerji sərf etmək lazım olur!
Bu günlərdə Azərbaycan jurnalistikası əlamətdar tarixi qeyd edir, bununla əlaqədar Fərhad Əhmədov öz səmimi təbriklərini və arzularını çatdırır: “Jurnalistləri milli mətbuatın 150 illik yubileyi münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram, ölkə və xalq üçün yalnız doğru və faydalı məlumatlar dərc etmələrini arzulayıram!”.
Fərhad Əhmədov sentyabrın 15-də, özünün 70 illik yubileyində ümummilli lider Heydər Əliyevin xatirəsinə doğma Göyçayda və ona yaxın ərazilərdə 70 min ağac əkmək niyyətindədir. Böyük şəxsiyyət Heydər Əliyev təbiətə və ağaclara həssaslıqla yanaşırdı. Ona görə də Fərhad Əhmədov onun vəsiyyətinə əməl edərək ağac əkmək üçün belə miqyaslı kampaniya təşkil etmək niyyətindədir”.