ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 3,2 milyon barel azalaraq 18 iyul 2025-ci il tarixinə 419 milyon barel təşkil edib.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 9% azdır.
Bakı vaxtı ilə saat 17:32-yə olan məlumata görə, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,66% ucuzlaşaraq 68,22 dollar/barelə, WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,78% azalaraq 64,97 dollar/barelə bərabər olub.