Ru
20:03 / 23 İyul 2025

Sabirabada qaz verilişində fasilə yaranacaq

Sabirabada qaz verilişində fasilə yaranacaq
Eye

Sabirabadın bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Bakupost.az-a verilən məlumata görə, diametri 225 və 219 mm-lik “Suqovuşan-Muğan” orta təzyiqli daşıyıcı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad şəhərinin Muğan prospektində, M.S.Ordubadi küçəsində və Suqovuşan kəndində (ümumi 983 abonent) qaz təchizatı dayandırılacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar