Ru
17:27 / 23 İyul 2025

“Baza” işi böyüyür: Rusiyalı jurnalistləri ağır cəza gözləyir

“Baza” işi böyüyür:  Rusiyalı jurnalistləri ağır cəza gözləyir
Eye

“Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonovdan rüşvət almaqda təqsirləndirilən Rusiyanın üç regionundan olan güc strukturlarının əməkdaşları istintaq hərəkətləri aparılması üçün Moskvaya gətirilib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Trifonovun vəkili Aleksey Mixalçik məlumat verib.

""Baza işi" ilə bağlı Krasnodar, Belqorod və Krasnoyarskdan olan polis əməkdaşları istintaq hərəkətləri üçün Moskvaya gətiriliblər", - deyə vəkil qeyd edib.

Bundan əvvəl agentlik xəbər vermişdi ki, “Baza”nın redaktoru Trifonov və eyniadlı Telegram kanalının prodüseri Tatyana Lukyanova rüşvət işi üzrə 12 ilədək həbs edilə bilər.

Jurnalistlərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291.4-cü maddəsi (“Bir qrup şəxs tərəfindən rüşvət vermə”) üzrə ittiham irəli sürülüb. Həmin maddə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. "Baza" əməkdaşları ittihamları qəbul etmirlər.

Xatırladaq ki, iyulun 22-si səhər saatlarında təhlükəsizlik qüvvələri Trifonovun evinə və "Baza"nın ofisinə gəliblər. Baş redaktor vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı açıılmış cinayət işi üzrə dindirilmək üçün saxlanılıb. "RT"-nin yazdığına görə, Trifonovdan polis məlumat bazalarına çıxışla bağlı izahat alınıb.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar