Ru
22:52 / 24 Fevral 2026

Ağdamda ilk bayram tonqalı... - FOTO

Ağdamda ilk bayram tonqalı... - FOTO
Eye

Ağdam şəhərində Su çərşənbəsi münasibətilə bayram tonqalı qalanıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, işğaldan azad olunduqdan sonra şəhərdə keçirilən ilk Su çərşənbəsi tədbiri sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Tonqal ətrafında bir araya gələn şəhər sakinləri bayram əhval-ruhiyyəsini bölüşüb, qədim ənənələrə uyğun olaraq tonqalın üzərindən tullanıblar. İnama görə, bu mərasim insanların ilin ağırlıq və çətinliklərini geridə qoyaraq yeni ilə təmiz niyyətlərlə başlamasını simvolizə edir.

Qeyd edək ki, Ağdamda artıq ilin əvvəlindən etibarən məskunlaşma prosesi davam edir. Hazırda şəhərin 2-ci yaşayış kompleksində 223 ailə olmaqla, ümumilikdə 821 nəfər yaşayır. Şəhərdə həyatın tədricən bərpa olunması və milli bayramların qeyd edilməsi doğma yurda qayıdan sakinlər üçün xüsusi əhəmiyyət daşıyır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar