Ru
23:10 / 24 Fevral 2026

Bu, öz xalqından qorxan dövlətin... - Durov

Bu, öz xalqından qorxan dövlətin... - Durov
Eye

“Telegram”ın təsisçisi Pavel Durov Rusiya hökumətyönlü media orqanlarında terror fəaliyyətinə kömək etmək ittihamı ilə bağlı cinayət işi çərçivəsində onun hərəkətlərinin araşdırıldığı barədə məlumatlara münasibət bildirib.


Bakupost.az xəbər verir ki, bu barədə Durov sosial şəbəkə hesabında məlumat yayıb.


“Rusiya mənə qarşı “terrorizmə kömək etmək” ittihamı ilə cinayət işi açıb. Hər gün hakimiyyət orqanları rusların “Telegram”a çıxışını məhdudlaşdırmaq üçün yeni bəhanələr uydurur, şəxsi həyat və söz azadlığı hüququnu boğmağa çalışır. Bu, öz xalqından qorxan bir dövlətin kədərli bir tamaşasıdır”, - Durov bildirib.


Qeyd edək ki, “Telegram” Rusiyada 2025-ci ilin yayından bəri məhdudlaşdırılıb. Fevralın əvvəlində hakimiyyət orqanları mesajlaşma tətbiqinin yavaşlamasını gücləndirərək Rusiya qanunlarını tətbiq etdiyini və vətəndaşların müdafiəsini təmin etdiyini iddia ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar