Ru
23:46 / 24 Fevral 2026

Zelenski şərtini AÇIQLADI: Bu halda prezidentliyə namizəd olacaq

Zelenski şərtini AÇIQLADI: Bu halda prezidentliyə namizəd olacaq
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə müharibə seçkilər zamanı başa çatmasa, o, ikinci müddətə namizədliyini irəli sürməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

“Seçkilər mövzusunu qaldıran hər kəsə deyirəm: Bizə seçkilərin keçirilməsi üçün təhlükəsizlik, bu müddət ərzində atəşkəs təmin edin”, – deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, danışıqlar çərçivəsində iki aylıq atəşkəs barədə razılıq əldə olunarsa, seçkilərin keçirilməsi real ola bilər.

“Hazırda mən bu müddətin çərçivəsindəyəm, öz istəyimlə yox – müharibəyə görə bu müddət uzanıb. Seçkilərdə iştirak edib-etməyəcəyimi bilmirəm. Əgər müharibə davam edərsə – şübhəsiz ki, namizəd olacağam. Əgər sülh olarsa, iştirak edib-etməyəcəyim hələ məlum deyil”, – deyə dövlət başçısı əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar