Ru
20:07 / 10 Aprel 2026

Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO

Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü -  VİDEO
Eye

"Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şakirli qardaşının toy mərasimində diqqət mərkəzinə düşüb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, şənlik zamanı çəkilən görüntülərdə ən çox diqqət çəkən məqam isə Nicat Şakirlinin sağ qoluna quraşdırılan protez olub.


Sosial şəbəkə istifadəçiləri onun məclisdəki görüntülərinə çoxsaylı şərhlər yazaraq dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, 2023-cü ilin avqust ayında N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılaraq ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan bloqerin yaxın dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirli özü isə ağır xəsarət alıb və nəticədə onun sağ qolu dirsəkdən amputasiya olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar