Rusiya Ukraynaya atəşkəs elan etdi: Sülh yolunda ilk addım?
223
Dünyada son günlər mümkün atəşkəs razılaşmaları ilə bağlı xəbərlər ard-arda gündəmə gəlir. İndi isə diqqət əsasən 4 ilə yaxındır davam edən Rusiya–Ukrayna müharibəsinə yönəlib və növbəti addım tərəflər arasında atəşkəs razılaşmasıdır.
Ancaq Rusiya prezidenti Putin ukraynalı həmkarı Zelenski ilə birbaşa görüşə ehtiyatlı yanaşır və bu görüşdən yayınır. Bəzi politoloqlar onun bu addımını Zelenskini ciddi siyasi tərəfdaş kimi qəbul etməməsi ilə əlaqələndirirlər. Nəzərə alsaq ki,Rusiya hazırda iqtisadi çöküşün astanasındadır bu qısa, hətta 3 günlük atəşkəs belə, gələcək sülh danışıqları üçün ilkin sınaq kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı BakuPost TV-nin suallarını siyasi şərhçi Əziz Əlibəyli cavablandırıb: