Küveytin hava məkanı daha 12 saat bağlı qalacaq.
Bakupost.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
"Hava məkanı aprelin 11-də səhər saatlarına qədər daha 12 saat bağlı qalacaq", - deyə bildirilib.
Qadağanın daha da uzadıla biləcəyi istisna edilməyib.
Qeyd edək ki, ABŞ ilə İran arasında atəşkəsdən sonra İraq, Suriya və Bəhreyn hava məkanlarını mülki aviasiya üçün açmışdı. Qətər və BƏƏ-nin hava məkanında isə məhdudiyyətlər qismən qüvvədə qalır.