Ru
20:38 / 10 Aprel 2026

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
Eye

Bakıda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı Hərbi Hissəsinin komandiri vəzifəsindən azad edilib.

Bakupost.az “Qaynarinfo.az”a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Mustafayev Zəfər Rəcəb oğlu vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Xüsusi Riskli Xilasetmə Xidmətində idarə rəisi təyin edilib.

Qeyd edək ki, Zəfər Mustafayev rəhbərlik etdiyi komanda ilə 2023-cü ildə Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ zamanı insanları xilas etməsi ilə gündəmə gəlmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar