Danışıqlar başlamazdan əvvəl iki məsələ yerinə yetirilməlidir.
Bakupost.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf X hesabında yazıb.
O, ABŞ ilə danışıqların başlaması üçün Livanda atəşkəsin təmin edilməsini və dondurulmuş aktivlərinin azad olunmasını şərt kimi irəli sürüb:
“Qarşılıqlı şəkildə razılaşdırılmış iki məsələ hələ də icra olunmayıb. Bunlar Livanda atəşkəs və danışıqlardan əvvəl İranın bloklanmış aktivlərinin azad edilməsidir”.
Qeyd edək ki, 8 apreldə ABŞ və İran iki həftəlik atəşkəslə bağlı razılıq əldə ediblər. Pakistanda keçiriləcək sülh danışıqları üçünsə nümayəndə heyətləri artıq İslamabada yollanıblar.