Ru
22:19 / 15 Oktyabr 2025

"Akkuyu" AES-də tezliklə elektrik enerjisi istehsalına başlanacaq - Ərdoğan

"Akkuyu" AES-də tezliklə elektrik enerjisi istehsalına başlanacaq - Ərdoğan
Eye

Tezliklə "Akkuyu" Atom Elektrik Stansiyasında (AES) elektrik enerjisi istehsalına başlanacaq.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa və hökumətə müraciətində deyib.

"Çox yaxında "Akkuyu" Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalına başlayacağıq. Amma bu sahədə başqa layihələrimiz də var. Bizi gözdən salmağa çalışan müxalifətin tənqidlərinə məhəl qoymayaraq, nüvə enerjisinə sərmayə qoymağa davam edəcəyik", - Ərdoğan vurğulayıb.

Bundan əvvəl Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib ki, Ankara stansiyanın dörd reaktorundan birincisini 2026-cı ildə istismara vermək niyyətindədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar