Azərbaycan diasporunun rəhbəri, Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə yerli jurnalist Daria Kosarinova yaxın çevrəsinə istinadən "Telegram" kanalında məlumat yayıb.
"Onun Rusiya pasportu oktyabrın 14-də FSB-nin qərarı ilə ləğv edilib və indi ölkəyə giriş qadağan edilib", - məlumatda deyilir.
Hakimiyyət orqanlarının qərarının səbəbləri hələlik məlum deyil və departament heç bir rəsmi şərh verməyib.
Məlumata görə, İslam Hüseynov 20 il əvvəl Ulyanovska köçüb, bundan sonra o, regional Azərbaycan Konqresinin rəhbəri olub.