Ru
10:51 / 20 Fevral 2020

Almaniyada ölənlərin sayı 11-ə çatdı: 5-i türk əsillidir - YENİLƏNİB

2297
Fevralın 20-nə keçən gecə Almaniyanın Hessen əyalətinin Hanau şəhərində iki fərqli kafeyə silahlı hücum nəticəsində ölənlər arasında türklər də var.

“Qafqazinfo”nun “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, hədəf alınan kafelərdən birinin türklərə aid olduğu, ölən 8 nəfərdən 5-nin türk əsilli olduğu iddia edilir.

Krım xəbər agentliyini baş direktoru Ahmet Özay Almaniyanı dəhşətə bürüyən hücumla bağlı bu məlumatı verib: “Bu hadisə Frankfurt yaxınlığında baş verib. İki nəfər nadir rast gəlinən vəhşiliklə öncə bir kafeyə girib orada 3 nəfəri öldürüb. Daha sonra başqa bir kafedə 5 nəfəri ard-arda qətlə yetiriblər. Hücum edilən kafelər türklərə, Konyadan olan vətəndaşımıza məxsusdur. Ölən 8 nəfərdən 5-nin də türk əsilli olduğu bildirilir.

Çox güman ki, kafe sahibləri ilə düşmənçilik mövqeyində olublar. Kafe sahibi oğlunun ad gününə qatılmaq üçün məkanı tərk edib və bununla da hücumdan xilas olub”.

***

Almaniyanın Hessen əyalətinin Hanau şəhərindəki atışma nəticəsində ölənlərin sayı 11-ə çatıb..

****
Almaniyanın Hessen əyalətinin Hanau şəhərində atışma baş verib.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, silahlı insident zamanı səkkiz nəfər qətlə yetirilib.

Nəşrin məlumatına görə, daha 5 nəfər ağır yaralanıb.

Bildirilib ki, silahlı insident şəhər ərazisində yerləşən iki qəlyanxanada baş verib.

Atışmadan sonra bir nəfər saxlanılıb. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları məlumata münasibət bildirməyib.

Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər