Almaniyada kritik obyektlərə doğru naməlum mənşəli dron uçuşları sürətlə çoxalır.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Spiegel yazıb.
Məlumata görə, Federal Cinayət Polis İdarəsi (BKA) 2025-ci ilin yanvarından oktyabrın ortalarınadək 850 şübhəli dron müşahidəsi qeydə alıb.
Dronlar əsasən hərbi bazalar, müdafiə sənayesi müəssisələri, enerji infrastrukturu və su təchizatı sistemləri üzərində görülüb. Mütəxəssislər bildirirlər ki, son aylarda bu hallar daha da intensivləşib.
13 oktyabrda Mecklenburq–Fors-Pomeraniyada yerləşən Bundesver obyektinin üzərindən dörd naməlum dron uçub. Həmin vaxt orada alman mütəxəssislər ukraynalı hərbçilərə hava-hücumundan müdafiə sistemləri üzrə təlim keçirirdilər.
Alman ordusu da, polis də aparatları ələ keçirə bilməyib. Hadisə ilə bağlı rəsmi araşdırma başlanıb.
Alman mediası yazır ki, dronların mənşəyi və məqsədi hələlik məlum deyil, lakin insidentlər ölkənin hərbi və strateji infrastrukturu üçün real təhlükə yaradır.