Ru
12:24 / 22 İyun 2026

Almaniyada inanılmaz səhv: XİN 1 ildir maaşları artıq ödəyirmiş

Almaniyada inanılmaz səhv: XİN 1 ildir maaşları artıq ödəyirmiş
Eye

Almaniya Xarici İşlər Nazirliyində maaş hesablanması ilə bağlı ciddi texniki səhv aşkarlanıb.

Bakupost.az xarici KİV-lərə istinadən xəbər verr ki, bu səhv nəticəsində xaricdə çalışan diplomatik heyətə bir il ərzində təxminən 5 milyon avro artıq ödəniş edildiyi məlum olub.

Nazirliyin açıqlamasına görə, problem maaşları hesablayan xarici xidmət təminatçısının istifadə etdiyi proqram təminatından qaynaqlanıb. Normalda yaşayış xərcləri Berlinlə müqayisədə daha aşağı olan ölkələrdə çalışanlara maaşda “mənfi əmsal” tətbiq edilməli idi. Lakin sistemdə bu əmsallar səhvən “müsbət” kimi hesablanıb.

Səhvin 2025-ci ilin iyulundan 2026-cı ilin iyununa qədər olan dövrü əhatə etdiyi bildirilir. Bu müddətdə Almaniyanın xaricdəki 220 nümayəndəliyindən 71-də çalışan əməkdaşların maaşları yanlış hesablanıb.

Nazirlik hüquqi səbəblərə görə artıq ödənilən vəsaitin geri tələb olunmayacağını açıqlayıb. Bununla da təxminən 5 milyon avro məbləğində dövlət zərəri rəsmiləşib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar