Amerikada yaşayan azərbaycanlı teleaparıcı Aynur Talıbova qəzaya düşüb.
BakuPost.az xəbər verir ki, bu haqda A.Talıbova özü sosial şəbəkə məlumat verib. O, hadisənin fotolarını da paylaşaraq belə şərh edib:
"Mərdimazarı axtarmaqla deyil. Bir şəkildə gəlib özü tapır adamı. Şəkildəki kimi. Saatda 30 mile sürətlə hərəkət edərkən arxadan 120 sürətlə "uçan" nəşəli bir qarabala bu paylaşımı görən eşidən nə qədər sayda "qələm sahibini" xoşbəxt elədiyinin fərqində deyil... Buyurun, sevinin, əcəb oldu deyin.
Buralarda bənzər hadisələrdən sonra yaşanan prosesləri izləmək maraqlıdır. Bölüşəcəyəm”.
BakuPost