Ru
19:45 / 13 Aprel 2026

Aprelin 13-dən 19-dək... - XƏBƏRDARLIQ

Aprelin 13-dən 19-dək... -  XƏBƏRDARLIQ
Eye

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Bakupost.az-a bildirilib ki, Günəşin fəallığı zəifləyib və əsasən B sinif alışmalar qeydə alınıb. Alışmalara bağlı olaraq tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb.

Günəş küləyinin maksimal sürəti saniyədə 701 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 431 kilometrdir.

Tac dəliyi axınlarının təsiri ilə geomaqnit sahəsi sakit-aktiv səviyyələr arasında dəyişib.

Aprelin 13-dən 19-dək C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.

Günəş küləyinin sürəti müsbət qütblü tac dəliyi axınlarının (TDA) təsirilə yenə də normadan yüksək olacaq. Geomaqnit sahəsinin sürəti müsbət qütblü TDA-nın təsirilə sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar