Ru
19:27 / 13 Aprel 2026

Hörmüz boğazından keçəcək İran gəmiləri dərhal məhv ediləcək! - TƏCİLİ

Hörmüz boğazından keçəcək İran gəmiləri dərhal məhv ediləcək! - TƏCİLİ
Eye

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadası ilə bağlı xəbərdarlıq edib.


Bakupost.az Reuters-ə istinadla xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.

Tramp qeyd edib ki, İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəklər.


İranın 158 gəmidən ibarət hərbi donanmasını məhv etdiklərini vurğulayan Tramp yerdə qalan sürətli hücum qayıqları ilə bağlı da xəbərdarlıq edib:

“Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək – dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu, sürətli və amansızdır”.

Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar