ABŞ Ədliyyə Nazirliyi sanksiyaya məruz qalmış İran neftini alan və ya satan bütün tərəfləri məhkəmə məsuliyyətinə cəlb etməyi planlaşdırır.
Bakupost.az xəbər verir ki, bununla bağlı ABŞ-ın baş prokuroru səlahiyyətlərini icra edən Todd Blanş özünün X hesabında açıqlama verib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran üçün dənizdə tam blokada rejimini formalaşdırmaq istədiyini bildirmişdi.