Ru
18:29 / 13 Aprel 2026

Prezidentin yeni Mətbuat katibi kimdir?

Prezidentin yeni Mətbuat katibi kimdir?
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Rəcəb oğlu Səttarov Prezidentin mətbuat katibi təyin edilib. Sözügedən vəzifə bir ildən artıq idi ki, vakant idi.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, Orxan Səttarov 2019-cu ildən Prezident Administrasiyasında çalışıb.

O, Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.

Son təyinata qədər isə o, Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini icra edib.

Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir.

Qeyd edək ki, İ. Səttarov daha öncə “ARB Media Qrupu”n rəhbəri olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar