“Millət vəkili Aqil Abbas Milli Məclisdə dedi ki, 10 min tələbə az deyil, 2 ay avaralanmaq əvəzinə gedib yayda Qarabağda könüllü şəkildə inşaatlarda fəhləlik eləsinlər. Tələbənin yay tətilini "avaralanmaq" kimi xarakterizə etməyini bir kənara qoyaq. Geridəqalmış universitet təhsilinin gəncləri 10 ay avara etmədiyini də fərz edək. Başqa məsələyə baxaq. Təklifi sosial şəbəkələrdə tənqid olunan kimi, fikirlərini inkar etdi, "təhrif ediblər" dedi. Halbuki videoçıxışı var və məhz yuxarıdakı kimi danışıb”.
Bakupost.az xəbər verir ki, bu fikirləri öz sosial şəbəkə hesabında fizik və təhsil mütəxəssisi, elmi-populyar kitabların tərcüməsi ilə məşğul olan Yalçın İslamzadə paylaşıb.
O bildirib ki, bu hadisəni konkret misal kimi istifadə edib ümumiləşdirsək, görərik ki, Azərbaycan ziyalısı mövqesizdir:
“Ona görə mövqesizdir ki, güc qaynaqlarından çəkinir. Bu güc qaynağı hakimiyyət, xalq, ənənələr və dindir. Əslində ziyalının funksiyası gücü tənqid etməkdir. Çünki gücün bir pis xüsusiyyəti var ki, özünü həmişə həqiqət kimi qələmə verir:
"Güclüyəm, deməli doğruyam, həqq məndədir".
Bu o deməkdir ki, bütün ziyalılar daima hakimiyyəti, xalqı, dini, ənənələri ancaq tənqid etməlidirlər? Xeyr, müəyyən praktikaları konstruktivist təndiq edə bilərlər. Öz çevrələrində toplaşıb bir-birlərinin yazdıqlarını tərifləmək əvəzinə
-Ənənələrin bir qismini tənqid edə bilərlər: erkən nikahları, qohum evliliklərini vs.
-Dinin əsas prinsiplərinin yaddan çıxarılıb ərəb və fars tarixinin əzbərlədilməsini, xarici maraq dairələrinin bu yolla gəncləri təsir altına almalarını vs.
-Xalqın ancaq qərəzləri açıq ifadə edən şəxsləri baş tacı edib qısa müddətdə məşhurlaşdırmalarını vs.
Həmin ziyalıların fəlsəfədən (Nitşe, Sartr vs.), sosiologiyadan ("folklor cəmiyyətləri" vs.), psixologiyadan (Yunq, Adler vs.), yeni tarixçilikdən (Ginzburq, Burke, Darnton vs.), yeni nəşr olunan və ya ana axından kənar ədəbiyyatdan (Arundati Roy, Çinhua Açebe vs.) danışdıqlarını görmürük. Çünki mütaliə etmirlər. Bütün yaradıcılıqları dünyanın faniliyi üzərinədir”.
Y.İslamzadənin fikrincə, yeni nə yazılıbsa, deyilibsə, gənclər yazıb-deyib:
“Gənclərin də özlərini qəddarlıqla tənqid etməyə başları qarışıb. Sanki əvvəlki nəsil nəsə fikir bazası yaradıb, təhsil sistemi qurub, vacib ədəbiyyatı tərcümə edib ki, yeni nəsil onun üzərinə nəsə inşa etsin.
Belə olan halda, çarəsizlikdən yenə həmin "gərdişi-dövrani-kəcrəftar"dan danışan qocalara üz tutur publika”.
Bilal, BakuPost
Əslinə qalanda tələbə inşaat dəstələri olsa yaxşı olar. Həm tələbələr bekar qalmaz, həmdə pul qazanar. Sovet təhsilində belə idi.
Belə şeylərə inanmaq lazım deyil. Gedin normal bir işlə məşğul olun
Rəsmən ilkin Azərbaycan Xalq Cümuhürriyyəti Demokrat, yəni xalqla məsləhətli adlansa da, tək Aqil Abbas deyil, çoxumuz hansısa məsələ və faydalı işi mülahizə-məsləhətsiz müzakirəyə çıxarmaqla özünü də, probeli də inkar etməli olur. Bəli gənclərə həyat dərsi, iş cəbhəsi pis olmaz! Müdrik kəlamları, atalar sözlərini kənara qoyub, uzaq istinadlara keçirik? Oktyabr 1917 Rusiya inqlabından sonra öncə 9(22) Apreldə Zaqafqaz Sosial Federativ, sonra 28 may 1918də Azərbaycan Cümuhur, yəni (Xalq) demokrat respublikası özünü bəyan edib! Həmin tarixi ADRnı Rusiya Sosial Demokratına alternativ qoymaq naminə sonuncunu nədənsə sırf musavat adlandırmağa çalışırıq, NİYƏ?