Ermənistan və İran xarici işlər nazirlər Ararat Mirzoyan və Abbas Arakçı arasında baş tutan telefon danışığı əsasən Zəngəzur dəhlizi ilə bağlı olub.
Bakupost.az xəbər verir ki, bu barədə İRNA-nın yaydığı məlumatdan aydın olur.
“Bu marşrut regionun geosiyasətində dəyişikliklərə gətirib çıxarmamalı və İranın digər kommunikasiya marşrutlarına çıxışını kəsməməlidir və hər bir qərar və hərəkətdə ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə tam hörmət olunmalıdır”, - Arakçı qeyd edib.
Abbas Arakçının Zəngəzur dəhlizinə qarşı xüsusi irad bildirməməsi, sadəcə, İranın maraqlarının qorunması gərəkdiyini ifadə etməsi diqqət çəkib.
Qeyd edək ki, A.Arakçıdan fərqli olaraq, İranın dini lideri Əli Xameneinin müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti davamlı olaraq Zəngəzur dəhlizinə qarşı aqressiv və kəskin iddialar səsləndirir, hətta Tehranın dəhlizin açılmasına imkan verməyəcəyindən bəhs edir.
Asena,
BakuPost