ABŞ Prezidenti Donald Trampın "paytaxt Vaşinqtonda təhlükəsizliyi bərpa etmək" üçün elan etdiyi ictimai təhlükəsizlik fövqəladə vəziyyətindən sonra Milli Qvardiya qoşunları şəhərə daxil olmağa başlayıb.
Bakupost.az xəbər verir ki, dünən ABŞ Prezidenti Trampın Vaşinqtonda "cinayət hadisələrinin sayını azaltmaq" və "evsizləri təmizləmək"lə bağlı qərar müzakirə olunduğu bir vaxtda ordu şəhərə daxil olub.
Vaşinqtonda və ətraf ştatlarda yerləşən 800 qvardiyaçı hissə-hissə şəhərə gələrək öz postlarına yerləşməyə başlayıblar.
Bu arada Vaşinqton meri Muriel Bouzer verdiyi açıqlamada Tramp administrasiyasının "cinayət hadisələrinin artdığı" iddiasını rədd etmişdi, lakin Ağ Evlə koordinasiyalı şəkildə hərəkət edəcəklərini bildirmişdi.