Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, zəncirvari qəza 17:30-da, Fatmayı-Novxanı avtomobil yolunda qeydə alınıb.
İSUZU, "Mercedes-Benz" və KIA markalı nəqliyyat vasitələri toqquşublar.
Qəza nəticəsində "Mercedes-Benz"in sürücüsü Nigar Abdullayeva və avtomobildə olan iki sərnişin xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.