"Uçan ördək” - orxideya kiçik başı, dik dimdiyi və arxasını süpürən qanadları olan ördəyə bənzədiyi üçün belə adlandırılıb.
Onun digər adı isə Kaleanadır. Əgər siz heç vaxt Avstraliyanın səhralarında olmamısınızsa, deməli əvvəllər bu gülü görməmisiniz. Bu gül yalnız Avstraliyanın cənub və qərb bölgələrində bitir. Sentyabr-yanvar ayları arasında çiçək açan orkidin daha çox oktyabr-noyabr aylarında çiçəklənməsi müşahidə olunur.
Görünüşü cəlbedici olsa da, üzərinə qonan həşəratları ovlamaq qabiliyyətinə malikdir. Uzun müddətli olmasa da göbələklər onları infeksiyalardan qoruyur.
Kiçik olanda hündürlüyü 1.5-3 sm, böyüyəndə isə 50 santimetr olur. Uçan ördək orkidi xüsusi bir göbələklə qurduğu ortaq yaşayış ilə təbiətdə qala bilir.
Avstraliya poçtu 1986-ci ildə Uçan Ördək Orkidi üçün marka da tərtib etmişdir.
Sevda Ulutau
BakıPost.az
Gözəl xəbərdi hazirlamisiniz