Ru
22:59 / 29 İyul 2025

Ayxan Hacızadə iranlı səfirlə görüşdü

Ayxan Hacızadə iranlı səfirlə görüşdü
Eye

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Bakupost.az xəbər verir ki, görüşdə ölkələr arasında media sahəsində əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.

Ayxan Hacızadə iki ölkənin Xarici İşlər Nazirliklərinin sözçüləri arasında qarşılıqlı əlaqələrin artmasına müsbət yanaşıb, Azərbaycanın İranla dostluq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüş zamanı həmçinin media nümayəndə heyətlərinin mübadiləsi və iki ölkənin xəbər agentlikləri arasında əməkdaşlığın artırılması diqqət mərkəzində olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar