Ru
17:36 / 20 Avqust 2025

10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır – “Bloomberg”

10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır – “Bloomberg”
Eye

İsveç Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə baş nazir Baş nazir Kristersson məlumat verib.

“Biz müxtəlif növ hava müşahidələrində iştirak edə bilərik”, – deyə o, qeyd edib.

Baş nazirin sözlərinə görə, Stokholmun həmçinin “hərbi-dəniz imkanları” da var.

“Bloomberg” yazır ki, 10-a yaxın ölkə döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib. Mənbələrin iddiasına görə, hərbi kontingent Ukrayna Silahlı Qüvvələrinə “təlim və dəstəkdə” kömək edəcək, lakin cəbhə xəttindən kənarda yerləşdiriləcək. Avropalılar ümid edirlər ki, Vaşinqton da ən azı kəşfiyyat məlumatları və hərbi texnika təqdim etməklə dəstək verəcək. Ağ Ev artıq koordinasiyada kömək etməyə hazır olduğunu bildirsə də, öz qüvvələrini göndərməkdən imtina edib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar