Bir neçə ölkədə prezident seçkiləri, valyutaların enməsi, konfliktlərin həlli... The Economist jurnalı 2024-cü il üçün proqnoz kollajını dərc edib.
Bakupost.az xəbər verir ki, yeni ilin ən gözlənilən, vacib hadisəsi – ABŞ, Rusiya, Çin və Ukraynada seçkilərdir.
Bu ölkələrin liderləri kollajda yer alıb.
Putin göyərçin şəkli üzərində Zelenski ilə üzbəüz qoyulub, bu sülh danışıqlarına işarədir.
Digər 2 lider – Çin lideri Si Çzinpin və ABŞ prezidenti Bayden də üzbəüz dayansa da, baxışları əks istiqamətədir.
Nəşr əsas valyutalar – avro, ien, funt-sterlinq və dolların düşəcəyini proqnozlaşdırır.
İlin digər trendi – süni intelektin inkişafı və daha çox sahələri ələ alması olacaq.
Aygün Musayeva
BakuPost