Ru
19:52 / 02 İyun 2025

28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan

28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan
Eye

Müzəffər lider Prezident İlham Əliyevin səyi ilə 30 illik işğaldan sonra Qarabağın hər tərəfində inkişaf və infrastruktur səfərbərliyi gedir. Biz də Türkiyə olaraq hər cür dəstəyi veririk.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.

O, Pakistan Baş naziri Şahbaz Şəriflə İstanbulda və Qarabağda keçirdiyi görüşlərə də toxunub:

“Hörmətli Baş nazir və Prezident İlham Əliyevlə 28 May kimi önəmli günü 3 qardaşa yaraşan şəkildə, layiqincə qeyd etdik. Həmçinin Laçın hava limanının açılışını etdik. Yollar, körpülər, tunellər, yaşayış məntəqələri və kənd təsərrüfatı ilə Qarabağ işğal yaralarını sürətlə sağaldır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar