Ru
11:08 / 27 Fevral 2024

“Volqa manyakı”na hansı cəza veriləcək? - 31 qadını öldürüb

“Volqa manyakı”na hansı cəza veriləcək? -  31 qadını öldürüb
Eye

Rusiyada azı 31 qadını qətlə yetirməkdə təqsirləndirilən “Volqa manyakı” ləqəbli qatil Radik Tahirova ömürlük həbs cəzası istənilib.

Bakupost.az xəbər verir ki, Rusiyanın cənub-qərbində Kazanda azı 31 yaşlı qadını öldürməkdə təqsirləndirilən “Volqa manyakı” kimi tanınan qatil Radik Tahirovun məhkəməsi keçirilib.

TASS dövlət media agentliyinin məhkəmə zalındakı müxbirinə istinadən verdiyi məlumata görə, prokuror Tahirova ömürlük həbs cəzası istəyib.

42 yaşlı Tahirov 2011-2012-ci illər arasında Tatarıstanın 15 şəhərində və ətraf rayonlarda törədilmiş qətllərdə şübhəli bilinərək 2020-ci ildə həbs edilib.

Qətllərdən 25-ni etiraf edən T.Tahirovun özünü sosial işçi, elektrik və ya santexnik kimi təqdim edərək qadınların evlərinə girərək, onları boğub öldürdükdən sonra qiymətli əşyalarını oğurladığı qeydə alınıb.

Çilingər işləyən Tahirov əvvəllər də xırda oğurluğa görə həbsdə olub.



Aygün
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar