Ru
13:57 / 22 Avqust 2024

34 illik fəaliyyətimə nöqtə qoydum - Sabir Rüstəmxanlı hesabat verdi - VİDEO

8325


Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin budəfəki buraxılışında millət vəkili kimi gördüyü işlərdən danışıb.

O, bu il sentyabr ayının 1-də Milli Məclisə keçiriləcək seçkilərlə özünün 34 illik millət vəkili fəaliyyətimə nöqtə qoyduğunu deyib.

"Bu həm mənim həyatım, həm də Azərbaycan üçün çox böyük bir dövrdür. Bu dövrdə Azərbaycan da, dünya da çox böyük tarixi hadisələrin şahidi olub. Yüz ildən yüz ilə, min ildən min ilə adlamışıq. SSRİ deyilən böyük bir imperiya dağılıb və onun tərkibindən çıxan 14 respublika müstəqil dövlət elan edilib, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıblar", - deyə millət vəkili vurğulayıb.

S.Rüstəmxanlı bu dövrdə Azərbaycanını müstəqillik uğrunda mübarizə apardığını diqqətə çəkib:

"Düşmən işğalı 2020-ci ilə qədər Azərbaycanın əlini-qolunu bağladı. Torpaqlarımızın 20 faizi düşmən əlində idi, 1 milyon qaçqınımız vardı. Ustəlik, dünya da erməni təbliğatına uyaraq bizim üstümüzə gəlirdi, Azərbaycan bir növ xristian dünyası qarşısında təklənmişdi. Adı "beynəlxalq təşkilat" olan, əslində isə xristian təəssübkeşliyi ilə fəaliyyət göstərən bir sıra qurumlar Azərbaycanın haqq səsini boğmağa çalışırdı".

İstiqlalçı millət vəkili qeyd edib ki, belə bir dövrdə millət vəkili olmaq çox çətin, amma eyni zamanda şərəfli bir işdir:

"Mən 1990-cı ildə Qaçqınlarla İşi üzrə Komissiyanın sədri, Ali Sovetin Rəyasət Heyətinin üzvü idim. O vaxtkı rəhbərlik qəsdən ən ağır sahəni mənə tapşırmışdı. Onda Ermənistandan qovulan insanlar Azərbaycana gəlmişdi və eyni zamanda Qarabağdan da artıq köç başlamışdı".

S.Rüstəmxanlı həmin dövrdə bir yazıçı kimi də fəaliyyətimi davam etdirdiyi üçün özünü xoşbəxt saydığını, dünyanın müxtəlif ölkələrindəm kitablarının nəşr olunduğunu vurğulayıb.

O, son seçkilərdə Neftçaladan millət vəkili seçildiyini xatırladıb və qeyd edib ki, bu rayon həm insanları, həm də təbiətiylə seçilən Azərbaycanın son dərəcə maraqlır bölgəsidir:

"Neftçala Kürün Xəzərə töküldüyü, ümumiyyətlə, qədim Muğan mədəniyyətinin inkişaf etdiyi yerdir. Adamların intellekt, təhsil səviyyəsi son dərəcə yüksəkdir. Neftçala böyük ziyalılar yetişdirmiş bir rayondur. Mən bu rayona sevinə-sevinə getdim. Çünki bu rayonda həm tanışlarım çox idi, həm də 1988-ci il hadisələri, Milli Azadlıq Hərakatı zamanı bu rayonun ciddi rolu olmuşdu. Oradan xeyli köhnə silahdaşlarım var idi".

S.Rüstəmxanlı millət vəkilliyinin son 4 illik dönəminin bir az uğursuz başladığını, pandemiya ilə əlaqədar seçiçilərlə görüşləri onlayn qaydada keçirdiyini bildirib:

"Amma mən rayonun problemlərini öyrənəndən sonra ölkə başçısına müraciət etdim. Burdan bir daha Cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, o, Neftçalanın problemlərinə çox qısa müddətdə reaksiya verdi. Bərbad vəziyyətdə olan Şorsulu və Xəzər kəndi arasında 42 kilometr yolun bərpası barədə sərəncam imzaladı. Bu gün həmin yola asfalt çəkilib. Neftçala şəhərinin mərkəzi bazarının ətrafındakı bataqlıq asfaltlanıb. Bankə və Seyidlər qəsəbəsinin içindəki yollar təmir olunub. Birinci və İkinci Mayaka gedən yollar təmir edilib. Ümumiyyətlə, Neftçalanın kəndləri arasında yol problemi demək olar ki, həll olunub".

İstiqlalçı millət vəkili rayonun kəndlərinin qazlaşdırılması istiqamətində də addımlar atıldığını qeyd edib:
"Neftçalanın bir sıra kəndləri var ki, böyür-başında qaz çıxarılır, amma indiyə kimi o kəndlərə qaz verilməyib. Mənə elə gəlir ki, deputatların içində ötən dörd ildə heç bir millət vəkili mənim Neftçalada gördüyüm işlər qədər birbaşa iş görməyib".


BakuPost
Şərhlər
  • Cəmşid Dərələyəzli

    Sabir bəy hesabat verir verməsinə də, amma hayla bu 34 ildə fərq etməyib ki, Deputat qnunverici hakimiyyətin bir üzvdür və o yol asfalt naziri deyil. Ona görə də indi də namizəd hara ayaq basır deyirlər flan yeri gəl asfalt elə sənə səs verək. Deputat ölkədə sosial iqtisadi sahədə olan boşluqların dolması üçün daima yeni qanunların doğulmasına və höküməti bu sahədə fəaliyyətini artırmasına məcbur etməlidir. Çünki, Hökümət Milli Məclis qarşısında hesabatlıdır. Nə isə budakı, belə.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar