Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Bakupost.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Ruhin Museyibov Rusiya-Ukrayna müharibəsində həyatını itirib.
Onun cənazəsi artıq Gəncə şəhərindəki Səbiskar adlanan qəbristanlıqda torpağa tapşırılıb.
Rusiya tərəfdən müharibəyə qatılan həmyerlimiz uzun illər Vladivastok şəhərində yaşayıb, iki övlad atası idi.