Ru
18:29 / 17 İyun 2025

47 minə yaxın taksi sürücüsü təlimlərə cəlb olunub - AYNA

47 minə yaxın taksi sürücüsü təlimlərə cəlb olunub - AYNA
Eye

Bu günədək 46 656 taksi sürücüsü nəzəri və praktiki təlimlərə cəlb olunub.

Bu barədə Bakupost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, proqramın yekununda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil edilir. İndiyədək 35 929 sürücü imtahandan keçib.

Qeyd edək ki, təlim zamanı iştirakçılara taksi ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib.

Taksi minik avtomobilində sürmə təlimi zamanı hərəkətə başlama, manevretmə və avtomobillərin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına uyğun idarəetmə, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, mürəkkəb yol şəraitində, eləcə də hərəkətin intensiv olduğu yollarda və sutkanın qaranlıq vaxtı taksi minik avtomobilinin idarə edilməsi aşılanır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar