Ru
19:16 / 17 İyun 2025

Səddam da İrana belə “gəlmişdi” – İsrail istəyinə çatacaq?

Səddam da İrana belə “gəlmişdi” – İsrail istəyinə çatacaq?
Eye

İranda ən elementar şey rüşvətdir. Milli xarakter kimi bir şeydir. Əslində, aşağı-yuxarı bütün Şərq belədir. Harda oğurlamaq olur, oğurlayırlar, harda götürmək olur, götürürlər. Bizim kolxoz sistemi kimi. Bir fürsəti də boşa buraxmazlar... Bürokratiya, elə də gənc kadrlar da ənənəvi Şərq tipli axmaqdırlar.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev İranda baş verən proseslər haqda qeyd edib.

O bildirib ki, ölkədə saytların çoxu blokdadır, amma hamısı da işləyir:

“Əhali bütün günü VPN-dədir. Məsələn, Feysbuk qadağandır, bütün otel və restoranların Feysbuk səhifəsi var. X qadağandır, rəhbər və hökumət üzvləri məlumatları X-dən paylaşır. Müttəfiq və dost Rusiyanın bir çox saytları da işləmir. Məsələn, kimsə nə vaxtsa çimərlikdə qız şəkli paylaşıb, kiminsə xoşuna gəlməyib, saytı blok ediblər. Belə...

Əhalinin 60%-i gəncdir. Gənclər, əsasən, molla rejimini sevmirlər. Amma “Bəsic” kimi paramilitar qrupların rejim üçün ölüb-öldürməyə hazır olan üzvləri də var...

Şəhərlər rejimi sevmir, amma kəndlərdə ərzaq tapıldığı müddətdə rejim özünə möhkəm yer edib.

Kəndli subsidiyalı ucuz düyüsünü, yağını, şəkərini tapsın, bəsidir...

Sovet İttifaqının hər tərəfi Böyük Vətən müharibəsi abidəsi olan kimi, İranın hər tərəfi də İran-İraq müharibəsi abidəsidir. Mollalar da Stalin kimi əliyalın əhalini yaba ilə Səddamın dişinə qədər silahlı ordusunun üstünə göndəriblər. Bir neçə dəfə artıq itki veriblər.

İndi İsrail də Səddam kimi texnoloji üstünlüyünə güvənir. Texnoloji üstünlük doğulandan özünü qurban vermək mədəniyyəti içərisində yetişən nəslə qalıb gələ biləcəkmi?!

Səddam düşünürdü ki, bütün etnik və dini azlıqlar, ərəblər, kürdlər, bəluclar, sünnilər, modernistlər, monarxistlər əl-ələ verib üsyan edəcəklər və rejimi dəyişəcəklər. Amma olmadı. Heç Əhvaz ərəbləri də onları "xilas etməyə gələn" İraq ordusu tərəfə keçmədi. Əksinə, rejim minimum 46 illik idarəetmə üçün kart blanş götürdü...

İsrailin üsyan və çevriliş arzusu arzu kimi qalacaq, yoxsa 46 illik ətalət və göz yorğunluğu öz sözünü deyəcək?!”

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar