Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:42 / 30 Noyabr 2024

ABŞ ilə qarşılıqlı nüvə zərbəsi təhlükəsi mövcuddur - Ryabkov

1280
Rusiya ilə ABŞ arasında qarşılıqlı nüvə zərbələri təhlükəsi mövcuddur, lakin Moskva bunun qarşısını almaq üçün hər cür səy göstərəcək.

Bakupost.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O, ABŞ və Rusiya arasında nüvə zərbələri mübadiləsini simulyasiya edən elmi “Youtube” kanalı “Science Time”ın materialını da şərh edib.

“Nüvə silahından istifadə ssenariləri ilə bağlı deyilməli olan hər şey bizim tərəfimizdən deyilib, Prezident Vladimir Putin deyib və nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin yenilənmiş çərçivəsində öz əksini tapıb. Bu cür təhlükənin azaldığını söyləmək, həqiqətə qarşı günah etmək olardı. Təəssüf ki, bu təhlükə mövcuddur”, - deyə nazir müavini bildirib.

Ryabkov belə bir ssenarini “fəlakət” adlandırıb. “Moskva onun həyata keçirilməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək, ancaq bu halda hər şey bizdən asılı deyil", - diplomat vurğulayıb.

Nazir müavini qeyd edib ki, belə tədbirlərin modelləşdirilməsi ilk dəfə deyil”. “Keçmişdə bu cür hadisələrin nəticələri ilə bağlı kifayət qədər həcmli, o cümlədən peşəkar tədqiqatlar aparılıb. Bu gün vəziyyət son dərəcə mürəkkəb və kəskindir”, - deyə o, yekunlaşdırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar