Ru
07:22 / 13 İyun 2024

Ac qarına bir dilim qarpız yeyin - Bu problemləri aradan qaldırın

Ac qarına bir dilim qarpız yeyin - Bu problemləri aradan qaldırın
Eye

Yayın sərinləşdirici qidaları arasında qarpız birinci yerdədir. Yay aylarının vazkeçilməz qidası olan qarpız acqarına yeyildikdə möcüzələr yaradır.

Bakupost.az təqdim edir:

Səhər acqarına bir dilim yeyin...

Səhər oyandıqdan sonra bir dilim qarpız yemək orqanizmin nəm balansının və sərinliyin qorunmasında təsirli olacaq. Ac qarına yeyilən qarpız bağırsaqlarınızı aktivləşdirmək üçün əla bir yoldur, çünki qarpızın tərkibindəki yüksək su lifi bağırsaq hərəkətlərini artıraraq həzmi asanlaşdırır.


Elmi məlumatlara görə, qarpızın tərkibindəki şəkər qan şəkərini balanslaşdırmağa kömək edə bilər. Ancaq xüsusilə şəkər xəstəliyindən əziyyət çəkən insanlar qarpız miqdarında diqqətli olmalı və günün heç bir saatında həddindən artıq yeməməlidir.

Bundan əlavə, qarpızın tərkibindəki amin turşusu olan sitrulin əzələ ağrılarını aradan qaldıran xüsusiyyətlərə malikdir. Səhər qarpız yemək yaşadığınız əzələ problemlərini azalda bilər.




Aygün
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar