İyunun 19-da Ağstafadan Bakıya saat 17:30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə ADY sosial şəbəkədə bildirib.
“Bu səbəbdən sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb.
Eyni zamanda sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin edilib.
ADY yaranmış problemə görə sərnişinlərindən üzr istəyir, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində işləyir”, – məlumatda bildirilib.
Neyçün yalan danişırsıniz qatar Gəncəyə çatmamış 15 deqiqə deyandi Gəncədə neyçün bütün camaatı düşürdüb, başqa qatar ilə yola salmadınız? Hacıqabulda biz o avtobusları 1 saat yarım gözlədik əvvəlcədən xəbər etmək ayırmaq olmazdı avtobuslar? Ozude 2 saat gecikmədi tam tamina yolda 10 saat olduq saat 5 de Bakıya çatdıq . Pəncərəsi açıq olmayan kondisioneri işləməyən qatara rəhbərliyin özünü yola salmaq lazım idi geresen ndada belə rahat danışa bilərlərmi üzürü qəbul edərdilərmi?