Ru
11:47 / 07 Dekabr 2022

Almaniyada çevriliş cəhdi: Bundestaqa hücumun qarşısı alındı, saxlanılanlar arasında ruslar da var

1835
Almaniya polisi dövlət çevrilişi məqsədi ilə Bundestaqa (Almaniya parlamentinə) basqın etməyi planlaşdıran ekstremist sağçılara qarşı ölkədə ən iri əməliyyatlardan birini həyata keçirir.

Bakupost.az xəbər verir ki, Bu barədə dekabrın 7-də Almaniyanın “Zeit” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, çərşənbə günü səhər Almaniyada onlarla insan ölkədə hökuməti devirməyə hazırlaşmaqda şübhəli bilinərək saxlanılıb. Bu gün səhər saatlarından başlayaraq 3000 polis əməkdaşı ölkə üzrə 130-dan çox mənzildə axtarış aparır.

52 nəfər dövlət çevrilişinə hazırlıqda iştirakda şübhəli bilinir. Artıq sağçı terror təşkilatının üzvü olan və ya ona dəstək verən 25 nəfər həbs edilib. Hüquq-mühafizə orqanları onların Rusiya ilə əlaqələrini də yoxlayır. Almaniya Baş Prokurorluğu qeyd edib ki, dövlət çevrilişi hazırlamaqda şübhəli bilinərək saxlanılanlar arasında Rusiya Federasiyası vətəndaşı olan qadın da var.

Qəzet hadisəni “Son illərin ən böyük terror sınaqlarından biri” kimi dəyərləndirib.

Qeyd edək ki, noyabrın 3-də Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik “İzvestiya”ya demişdi ki, Almaniya kansleri Olaf Şolz ölkədəki enerji böhranı və qarşıdan gələn qışla əlaqədar Rusiya ilə dialoq fürsəti axtarmalı olacaq. O, həmçinin qeyd etmişdi ki, almanlar arasında Şolzun ​​qərarlarından, o cümlədən Rusiyaya münasibətdən narazılıq var.

Noyabrın 1-də Saksoniyanın (Almaniya Federal Ərazisi) baş naziri Mixael Kretşmer bildirib ki, AFR-nin Rusiya ilə bütün əlaqələri kəsmək istəyi tarixi unutqanlıqdır. O vurğulayıb ki, enerji təchizatı üzrə əməkdaşlığın bərpası perspektivləri məhv edilməməlidir.

Oktyabrın 31-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun Avropa Araşdırmaları Mərkəzinin elmi işçisi Artyom Sokolov “İzvestiya”ya deyib ki, almanların kansler Şolzda narazılığı həm də enerji böhranı və Rusiyaya qarşı yürüdülən siyasətlə bağlıdır.

Eyni zamanda “İnsa”nın keçirdiyi sorğunun nəticələrinə görə, almanların yarıdan çoxu Şolzun hökumət başçısı kimi öz vəzifələrinin öhdəsindən gəlmədiyini düşünür.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər