Ru
13:17 / 27 İyul 2022

Aparıcının qaziyə hörmətsizliyinə sərt reaksiya - VİDEO

8614
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Azər Zahid qazimizi təhqir edib.


Aparıcı Müharibə iştirakçıları ilə görüşüb, onlara müəyyən məbləğdə pul ianə edib. Lakin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pulu verərkən ona "sən onsuz da saya bilməyəcəksən" deyib.





Aparıcının bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən sərt şəkildə tənqid edilib.

Məsələ ilə bağlı Bakupost.az -a “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlu açıqlama verib.

Qarabağ qazisi baş vermiş hadisədən təəssüfləndiyini bildirib:



“Məqsədli şəkildə olmasa da, bütün hallarda qaziyə qarşı bu cür davranış yolverilməzdir. Qazilər, şəhid ailələri, müharibə iştirakçıları ilə davarananda ehtiyatlı və həssas olmaq lazımdır. Qanunvericilikdə bu kimi hallara qarşı çox sərt maddələr qoyulmaldır. Qardaş Türkiyədə şəhid ailələrinə, qazilərə qarşı yanlış hərəkət dövlətə qarşı hərəkət kimi dəyərləndirilir və buna görə cinayət məsuliyyəti var. Arzu edirik ki, Azərbaycanda da şəhid ailələri, qazilərin haqları Türkiyədəki kimi qanunla qorunsun və onlara kimsə dil uzatmasın, aşağılamasın. Baş vermiş hadisə təəssüf doğurur. Biz “Qarabağ qaziləri” İctimai Birliyi olaraq baş vermiş hadisəyə etirazımızı bildiririk. Bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə müəyyən məsələlər öz əksini tapmalıdır”.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər