Ru
16:04 / 27 May 2024

"AQTA-nın Zaqataladakı zəhərlənmə ilə bağlı rəyi absurddur" - Ekspert

"AQTA-nın Zaqataladakı zəhərlənmə ilə bağlı rəyi absurddur" - Ekspert
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 7-də Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsinin laborator analizlərinin yekun nəticəsini açıqlayıb. Hadisənin sanitar-gigiyenik rejimin pozulması nəticəsində məhsulların ikincili bakterial çirklənməsi səbəbindən baş verdiyi təsdiqlənib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az -a açıqlamasında bu nəticəni "absurd" adlandırıb.

O, Zaqatalada 40 nəfərin zəhərlənməsindən sonra oradan çox sayda zəng aldığını bildirib:

"Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fikrini bir dönərxananın üstünə cəmləşdirir və heç onun da adını çəkmir. Biz bunu belə də gözləyirdik. Azad İstehlakçılar Birliyinin və ictimaiyyətin fikri bu idi ki, dönərxanalara xammal verən müəssisələr araşdırılsın. Şübhəsiz ki, xammalı hansısa bir müəssisə verib. AQTA-nin həmin yeri reyestrə daxil etmək məqsədi var. Bu halda AQTA zəhərlənmənin xammaldan olduğunu deməyəcək. Yəni illərdir ki bu problem yaşanır. Ya günahkar istahlakçının özü olur, ya da bütün fikir bir nəfərin üzərində cəmləşir. Azad İstehlakçılar Birliyi hesab edir ki, zəhərlənmələri qeydiyyata alan orqanla malların təhlükəsizliyinə təminat verən orqan bir-birindən ayrı olmalıdır. İnsan zəhərlənmələri olanda malların təhlükəsizliyinə cavab verən orqan cavab verməlidir. Amma neçə ildir ki, bu, Azərbaycanda yoxdur. AQTA yenə Səhiyyə Nazirliyinin səhvini təkrar edir. Mən qətiyyən AQTA-nin bu açıqlamasıyla razı deyiləm. Yəni bu, absurddur. Təsadüfi deyil ki, Azərbaycanda zəhərlənmələrin statistikası ümumdünya göstəricisindən yeddi yüz dəfə az göstərilir

Bu gün öyrəndim ki, AQTA İnstitutu “halal” sertifikatı vermək işini aparır. Bu da səhv və yolverilməzdir. AQTA müəssisəni yoxlaya bilər. Sertifikatı verən orqan ayrı olmalıdır. O zaman onlar nda bir-birinə opponent olarlar, yəni həqiqət ortaya çıxar".




Vasif Əlihüseyn
BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar