Ru
13:38 / 16 İyul 2025

Ata-anasını söyən 45 yaşlı kişi həbs edildi

Ata-anasını söyən 45 yaşlı kişi həbs edildi
Eye

Cəlilabadda xuliqanlıq edən şəxs həbs edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində baş verib. Kənd sakini 1980-ci il təvəllüdlü S.Mehdiyev (şərti) yüksək səslə təhqiredici ifadələr işlətdiyinə görə saxlanılıb.

Məlum olub ki, o, sərxoş halda doğma anası ilə atasını söyərək təhqir edirmiş.

İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 45 yaşlı kişi 5 sutkalıq inzibati həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar