Ru
20:12 / 31 İyul 2025

Atıcımız çempionatda gümüş medal qazandı

Atıcımız çempionatda gümüş medal qazandı
Eye

Azərbaycan atıcısı Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə mərkəzi hədəfə atəş yarışında gümüş medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən Bakupost.az-a verilən məlumata görə, yarışın 6 raundu üzrə Lunyov ümumilikdə 583 xal və 26 daxili onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb.

Bu nəticə ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın taleyini müəyyənləşdirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar