Ru
19:05 / 15 İyun 2024

AVRO-2024: İsveçrə Macarıstanı məğlub etdi - YENİLƏNİB

AVRO-2024: İsveçrə Macarıstanı məğlub etdi - YENİLƏNİB
Eye

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşü çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlib.

Bakupost.az xəbər verir ki, A qrupunun ikinci oyununda isveçrəlilər 3:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı 14-cü dəqiqədə Murat Yakının baş məşqçisi olduğu yığma açıb. Kvadvo Dua dəqiq oynayıb. Fasilə ərəfəsində Mişel Ebişer macarları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

66-cı dəqiqədə fərqlənən Barnabaş Varqa hesab arasındakı fərqi azaltsa da, matçın sonuna artırılan dəqiqələrdə adını tabloya yazdıran Brel Embolo İsveçrənin qələbəsində pay sahibi olub.

Qeyd edək ki, bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.

17.05

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

Bakupost.az xəbər verir ki, A qrupunun ikinci oyunu saat 17:00-da start götürüb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar