Ru
21:55 / 06 May 2026

Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEO

Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEO
Eye

Böyük siyasətdə bəzən bir jest yüzlərlə sözdən, uzun-uzadı bəyanatlardan daha kəsərli olur. Yəni səssiz görünən diplomatik gedişlər, əslində, ən gurultulu mesajları verir.


Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri də məhz belə mesajlardan biridir. Kənardan, bəlkə də, sadə bir protokol səfərini xatırladan bu ziyarət, əslində, Brüsselin regiondakı reallıqları qəbul etdiyini göstərən siyasi etirafdır.


Çünki son illər Avropa Parlamentinin bəzi dairələrində Azərbaycanla bağlı süni gərginlik yaratmaq cəhdləri az olmayıb. Müxtəlif qruplar fərqli tribunalardan müxtəlif bəhanələrlə Bakı-Brüssel xəttində etimadı sarsıtmağa çalışıblar. Amma bir məsələni nəzərdən qaçırıblar: böyük siyasət emosiyalarla yox, maraqlarla idarə olunur. Maraqlar isə bu gün Avropa İttifaqını Azərbaycana daha da yaxınlaşdırır.

Kaya Kallasın səfərinin zamanlaması xüsusilə diqqət çəkir. Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə görüşündən dərhal sonra Bakıya gəlmək təsadüfi diplomatik marşrut deyil. Brüssel Cənubi Qafqazın siyasi xəritəsini analiz edərək anlayır ki, regionda sabitlikdən danışmaq, amma Azərbaycanı bu proseslərin mərkəzindən kənarda təsəvvür etmək mümkünsüzdür.

Əslində, münasibətlərin strateji mahiyyəti çoxdan formalaşıb. Bu gün Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq yalnız siyasi dialoqdan ibarət deyil. Bu münasibətlər artıq konkret mexanizmlər - enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və təhlükəsizlik dialoqu üzərində dayanır. Bunlar isə kağız üzərində yazılmış diplomatik niyyətlər deyil, işləyən, nəticə verən, tərəfləri bir-birinə daha sıx bağlayan əməkdaşlıq xətləridir.


Şərhlər
  • B.Süni İntellekt

    Bu 8 May günü, 9 May-tarixin ən geniş Siyasi-Hərbi (2ci) dünya müharibə Cinayətkarlarının rəsmən təslimi-Qələbə günüdür! 1987ci ildən, Ermənistanın gecikmiş 14.06.1988 tarixli fərmanının təsdiqliyi Azərbaycanlılara qarşı kütləvi deportu, əsk DQMV-dəki hərbi *Miatsum!* genosidi on bir min günahsız azərbaycanlının qətliamı, milyona yaxın ailənin Milis və Hərbi dəstəklə doğma ev-mülklərindən etnik terror cinayəti ilə 33 il Azərbaycanın mərkəzi-Yüxarı Qarabağ ərazisinin 33 il SSRİ, Ermənistan və Azərbaycanın 1918ci il, eləcə 1920ci il konstitusiyalarına əsasnamələrinə, habelə BMT TŞnın həll qətnaməsinə zidd 20% ərazisini də 33 (-35) il dağıdıcı hərbi işğalda saxlayıb? Hazırda sivi Avropa təşkilatları-Aİ, ATƏT, AŞPA, avropa dövlətləri, Nürnberq Məhkəməsi, BMTnin Ədalət Məhkəməsindən minaları ilə davam edən həmin yırtıcı cinayətin ciddi mühakiməsini unutdurmağa, təxirə salmağa çalışırlar? Tarixin son ən vəhşi, uzunmüddətli kütəvi əzab verici hərbi dəstəklənən cinayətin mühakimə edilməməsi, digər yeni qarşılıqlı dövləti toqquşma və təcavüzlərə rəvac-şans-revanş saxlayan Cinayətkar Münasibət kimi dəyəndirilməlidir! Beynəlxalq münasibətlərə qarşılıqlı toxunulmazlıq əvəzinə hərbi təcavüz görməməzliyi və mühakiməsizliyi Kremlə seçim və zamanla Gürcüstana, Azərbaycana, Moldovaya qarşı *separat* (hərbi) təcavüzlərini artıq açıq-aşkar və dəf-edilməz qarşılıqda dörd ildir demək olar ki, ciddi hüquqi mühakimə, ya bəzilərinin hərbi cinayətə loyal-biganə ortaq kimi təzahürləri ilə davam etməkdə deyilmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar