Azərbaycanın adının dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib.
Belə bir təkliflə növbəti dəfə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev çıxış edib. O, yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adının dəyişdirilməli olduğunu diqqətə çatdırıb. Onun fikrincə, dövlətimiz Şimali Azərbaycan adlanmalıdır.
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, dövlətimizin adının dəyişdirilməsinə ehtiyac görmür:
“Buna ehtiyac yoxdur. Azərbaycanın şimalı, cənubu da, elə Azərbaycandır. Ona görə də ad dəyişikliyinə ehtiyac görmürəm”.
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının fikrincə ad dəyişikliyi üçün şərait yetişməyib:
“Azərbaycan Konstitusiyasında dövlətimiz Azərbaycan Respublikası adlanır. Eyni zamanda, hazırda ad dəyişikliyi üçün zəruri tarixi şərtlər mövcud deyil”.
Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin fikrincə, yeni Konstitusiya dəyişikliklərində ilk nəzərdə tutulan məsələ Azərbaycan dövlətinin adının dyişdirilməsi olmalıdır. O bildirib ki, müstəqil Azərbaycan dövləti bütöv Azərbaycanın cəmi 20%-ni təşkil edirik. Bu səbəbdən deputata görə, Azərbaycan adına iddia etməyə haqqımız yoxdur:
“Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünüb”.
Rüfət Sultan, BakuPost
Osmanlı iflasa uğrayandan uzaq Urmidən bütöv şimali Qafqaz (əhalisini 83%dən çoxu türk) ilçə-xanlıqları qardaş-ədavətlərindən vahid Azərbaycan ilini-şahlığını qura bilməyiblər? Ədavət birliyə-sədaqətə yönəlsəydi, imperiyalarla müttəfiqlik-ittifaq da mümkündü!? Güzey Qafqaz elə quzey az... deyilmi? Hər hansı 19cu əsr tarixçisi, ya elə Rus İmperiya tarixçisindən sorsaydınız Sizə sənədlərlə təsdiqlərdi?
Bu deputatın başqa işi-gücü deyəsən yoxdur,gündəmdə qalmaq üçün bilmir daha neynəsin